RU

Gömrükdə 100 kiloqramdan artıq narkotik vasitə aşkar edildi

Bakı. TurkicWorld:

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən TurkicWorld-a verilən məlumata görə, "Astara" gömrük postunda "kələm" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş və ümumi təmiz çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş qətranı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
18
19
turkic.world

10Источники