İranın şimalındakı Babolsar şəhərində ən azı dörd hökumət məmuru həbs edilib.
Bizim.Media xəbər verir ki, məlumatı Tasnim xəbər agentliyi yayıb.
Bildirilir ki, saxlanılanlar "düşmən", yəni İsrail və ABŞ üçün casusluqda ittiham olunurlar. Hökumət məmurlarının konkret hərəkətləri dəqiqləşdirilməyib.
Martın 17-də İran məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Möhsün-Ejei İsrail və ABŞ ilə əməkdaşlıq etməkdə və onlara casusluq etməkdə təqsirli bilinənlərin ölüm cəzası ilə cəzalandırılacağı və dövlət üçün əmlakının tamamilə müsadirə olunacağını açıqlayıb.
15 martda İran polisinin rəisi general Rza Radan ölkənin hüquq-mühafizə orqanlarının 28 fevraldan bəri düşmənlə əməkdaşlıq etmək şübhəsi ilə ən azı 500 nəfəri saxladığını açıqlayıb.
Bizim.Media