RU

Qürurumuz Türkiyə 24 illik həsrətə son qoydu

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə millisi Dünya Çempionatına vəsiqə qazandı.

“Ay-ulduzlular” tam 24 illik bir həsrətə son qoymağı bacardılar. Bu tarixi zəfər həm Türkiyə, həm də Azərbaycanda böyük coşğu ilə qeyd olundu. Hər zaman olduğu kimi Dünya Çempionatında da qəlblərimiz Türkiyə ilə birgə döyünəcək. Futbolun bir nömrəli turnirində qardaş ölkəni öz ölkəmiz kimi qürurla dəstəkləyəcəyik. 

İndi isə Türkiyə millisinindəki zəfərin memarlarına nəzər salaq.

Bu unudulmaz uğurun əsas memarı şübhəsiz ki, Vinçenzo Montelladır. O, qısa müddət ərzində Türkiyə yığmasını yenidən formalaşdırdı. Zamanında təyinatı birmənalı qarşılanmasa da, onun oynatdığı oyuna bələd olan onanların inancı tam idi. Nəticə isə göz qabağındadır. İtaliyalı mütəxəsissin gənclərdən ibarət heyəti hər matç daha bir tarix yazır. Montella Türkiyəni əvvəlcə Avropa Çempionatına apardı, daha sonra Millətlər Liqasında ən üst liqaya qaldırdı, indi isə Dünya Çempionatına apardı. Türk futbol tarixində bunları edən hansısa baş məşqçi olmayıb. Üstəlik, tənqidlərə rəğmən, əzmlə bunu etmək çox böyük uğurdur. 

Həmçinin, Kənan Yıldız, Arda Gülər, Kərəm Aktürkoğlu, Uğurcan Çakır, Hakan Çalhanoğlu, Orkun Kökçü, Fərdi Kadıoğlu, Barış Alper Yılmaz, Zeki Çelik kimi çox sayda dünya ulduzunun heyətdə olması Türkiyənin uğurunun əsas səbəbləri sırasındadır. Oyunçuların fərdi keyfiyyəti pis keçən matçlarda belə qardaş ölkəyə qələbə qazandıra bilir. Bütün bunlar birləşdikdə isə ortaya belə mükəmməl tarixi nəticələr çıxır.

Beləliklə, təxminən yarım əsrə yaxın həsrətə son verildi, xəyallar gerçək oldu. Dünyanın ən güclü ölkələrinin mübarizə aparacağı çempionatda Türkiyə də olacaq. Bu mükəmməl heyətin Dünya Çempionatında da tarixi nəticələrə imza atacağına ürəkdən inanırıq! Təbriklər və uğurlar, Türkiyə!

Elmir Mustafa
 

Избранный
39
44
hit.az

10Источники