RU

DÇ 2026: tarixi məğlubiyyət İtaliya penaltilərlə uduzdu

ain.az, Mia.az portalına istinadən məlumat verir.

2026 FİFA Dünya Çempionatının Avropa Seçmə mərhələsinin pley-off mərhələsinin final matçında Bosniya və Herseqovina sensasiyaya imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bosniya və Herseqovina ötən gecə İtaliyanı penaltilərdə 4-1 məğlub edərək, adını Türkiyə yığması ilə birlikdə DÇ-2026-nın qruplarına yazdırıb.

Bununla da dördqat Dünya çempionu İtaliya ardıcıl üçüncü dəfə turnirə vəsiqə qazana bilməyib.

Onu da qeyd edək ki, İsveç Polşanı 3-2, Çexiya isə Danimarkanı 3-1 hesabı ilə məğlub edərək Dünya Kubokuna vəsiqə qazanıblar.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi yarış 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

Fərid ASLAN

MİA.AZ

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
mia.az

1Источники