RU

DÇ-2026-nın bütün 48 iştirakçısı bəlli olub

Bu il təşkil olunacaq futbol üzrə dünya çempionatının bütün iştirakçıları artıq müəyyənləşib.

İdman.Biz xəbər verir ki, son iki vəsiqənin sahibi Konqo Demokratik Respublikası və İraq milliləri olub.

Onlar pley-off mərhələsinin final qarşılaşmalarında müvafiq olaraq Yamayka və Boliviya yığmalarını məğlub edərək turnirə vəsiqə qazanıblar.

Beləliklə, mundialda çıxış edəcək 48 komandanın tam siyahısı rəsmiləşib.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FIFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası)

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

İdman.Biz
Избранный
30
14
idman.biz

10Источники