RU

ABŞ PUA-ları 5 dollarlıq atəşlə məhv edən lazer silahı təqdim etdi

Ukrayna və Yaxın Şərqdəki döyüş əməliyyatları zamanı ucuz pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi geniş vüsət alıb. Bu tendensiyaya cavab olaraq, Amerikanın "AeroVironment" (AV) şirkəti PUA-ları təxminən 5 dollar dəyərində impulslarla məhv edən üçüncü nəsil lazer silah sistemi "LOCUST X3"ü təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə "Techkult" məlumat yayıb.

X3 "LOCUST" platformasının bu günə qədərki ən qabaqcıl versiyasıdır. Əsas versiyada 20 kilovattlıq lazerdən istifadə edildiyi halda, X3 modeli 35 kilovattlıq lazerlə təchiz olunub. O, 1-ci və 3-cü qrup pilotsuz aparatları, o cümlədən çəkisi 600 kq-a qədər olan sabit qanadlı PUA-ları məhv etmək üçün nəzərdə tutulub.

AV şirkətinin bildirdiyinə görə, X3 hərbçilərin döyüş təcrübəsi, həmçinin İran və Rusiyanın ucuz "Shahed-136" və "Geran-2" aparatlarının hava hücumundan müdafiə (HHM) sistemlərinə qarşı fəaliyyətini dəf etmək qabiliyyəti əsasında hazırlanıb. Sözügedən PUA-lar öz hava zərbələri ilə NATO-nun bahalı raket ehtiyatlarını tükəndirir.

Məsələn, bir "Patriot" HHM raketinin qiyməti təxminən 3 milyon dollar, "AIM-9X Sidewinder"in qiyməti isə demək olar ki, 400 000 dollardır, halbuki bir PUA-nın dəyəri 20 000 dollardan çox deyil. "LOCUST X3" lazerindən bir atəşin qiyməti isə cəmi 5 dollardır.

Избранный
93
50
publika.az

10Источники