RU

Fransa Senatı 15 yaşdan kiçiklər üçün qismən sosial media qadağasını təsdiqlədi

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa parlamentinin yuxarı palatası olan Senatda 15 yaşdan kiçiklərə müəyyən şərtlər daxilində sosial mediadan istifadəyə məhdudiyyət qoyan qanun layihəsi qəbul edilib.

Bizimyol.info xəbər verir ki, senatorlar daha əvvəl Senat komissiyası tərəfindən layihəyə edilən dəyişiklikləri dəstəkləyərək, plenar iclasda keçirilən səsvermədə qanun layihəsini qəbul ediblər.

Senatda qəbul edilən sənədə əsasən, 15 yaşdan kiçiklərə müəyyən şərtlər daxilində sosial mediadan istifadə qadağan edilə bilər.

Layihəyə görə, gənclərin fiziki, zehni və mənəvi inkişafına mənfi təsir göstərə biləcək sosial media platformaları xüsusi qərarla 15 yaşdan kiçiklər üçün qadağan olunacaq və bu platformalar istifadəçilərin yaşını yoxlamaq məcburiyyətində qalacaq.

Digər platformalar üçün isə layihə 15 yaşdan kiçiklərin bu xidmətlərə çıxışını ən azı bir valideynin icazəsi ilə mümkün etməyi nəzərdə tutur.

Qanun layihəsi növbəti mərhələdə senator və deputatlardan ibarət qarışıq komissiyada müzakirə olunacaq. Komissiya üzvləri vahid mətn üzərində razılıq əldə etməyə çalışacaqlar.

Fransada bir qanun layihəsinin qüvvəyə minməsi üçün həm Milli Assambleya, həm də Senat eyni mətn üzrə razılığa gəlməlidir.

Qeyd edək ki, parlamentin aşağı palatası olan Milli Assambleyada yanvarın 26-da qəbul edilən variant Senatınkından fərqli olaraq, 15 yaşdan kiçiklər üçün sosial media qadağasının bütün platformalara şamil olunmasını nəzərdə tuturdu.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
74
icma.az

1Источники