RU

İlon Maskın atasından iddialı açıqlama: Yadplanetlilər var

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Dünyanın ən zəngin adamı İlon Maskın atası Errol Mask yadplanetli həyatın mövcudluğunu şübhəsiz fakt adlandırıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Errol Maskın fikrincə, kainatda milyardlarla ulduz və planetin olduğunu nəzərə alsaq, başqa həyat formalarının mövcudluğu ehtimalı olduqca yüksəkdir.

"Yadplanetli həyatın mövcudluğu açıq-aşkardır. Düşünürəm ki, bunun əksini iddia etmək üçün insan kifayət qədər inadkar olmalıdır", - deyə o bildirib.

Mask qeyd edib ki, ulduzlar arasındakı nəhəng məsafələr digər sivilizasiyalarla əlaqə qurmağın qarşısındakı əsas maneədir. Onun fikrincə, yadplanetli sivilizasiyaların Yer sakinlərinə görünməsi üçün onlar insanlardan qat-qat yüksək inkişaf səviyyəsinə malik olmalıdırlar.

O əlavə edib ki, kainatdakı bütün ulduzlar həyat üçün əlverişli deyil və yalnız onların kiçik bir hissəsi canlı orqanizmlərin yaranması üçün lazımi şəraitə malikdir.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin sabiq prezidenti Barak Obama da yadplanetli sivilizasiyaların mövcudluğuna inandığını ifadə etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
3
oxu.az

4Источники