RU

Türkiyədə sosial media fenomeni 2 il 6 aylıq həbs cəzası aldı...

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyədə sosial media fenomenləri Bahar Candan və mərhum Nihal Candan (Gülnihal Çiçək) daxil olmaqla 21 nəfərin mühakimə olunduğu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Türkiyə mətbuatının yazdığına görə, Bahar Candan “cinayətkar təşkilata üzv olmaq” maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Nihal Candan barəsində açılmış cinayət işinə isə onun vəfat etməsi səbəbindən xitam verilib.

İş materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxslər vətəndaşlara ucuz avtomobil satışı vədi verərək onları aldadıblar. Hökmə əsasən, təşkilatın lideri Onur Apaydın 231 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Mətləb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
6
sia.az

7Источники