RU

Marko Yankoviç oynadı, Sloveniyaya uduzdular

"Qarabağ"ın futbolçusu Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Sloveniya yığmasını qəbul edib.

Sportinfo.az xəbər verir ki, "Stadion pod Qoritsom"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviç matça start heyətində başlayıb və 83-cü dəqiqədə əvəzlənib.

Komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsinin müəllifi məhz Yankoviç olub.

Monteneqro - Sloveniya - 2:3

Qollar: M.Osmajiç, 20, 44 – J.Vipotnik, 41, 55, D.Şturm, 47

Избранный
28
1
sportinfo.az

10Источники