RU

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, asqırmaq orqanizmin yad cisimlərdən müdafiə üçün göstərdiyi təbii reaksiyadır və bu zaman burun və boğazdan çıxan hava saatda 160 kilometr sürətə çatır.

Kallexo izah edib ki, ağız açıq olduqda təzyiq sərbəst şəkildə xaric olur, lakin ağız bağlandıqda yaranan təzyiq bədənin digər hissələrinə yayılır və müxtəlif problemlərə səbəb ola bilər.

Həkim vurğulayıb ki, asqırmağı saxlamaya çalışmaq üz və göz damarlarının partlaması, qulaq pərdəsinin zədələnməsi, udlaqda yırtıq, hətta beyin daxilində qanaxma kimi ciddi fəsadlara gətirib çıxara bilər.

Kallexo əlavə edib ki, tibb tarixində bu cür hallara cəmi 60 dəfə rast gəlinib, lakin zərərçəkənlərin böyük əksəriyyəti gənc və sağlam insanlar olub. 

Asya
Milli.Az 

Избранный
12
3
milli.az

6Источники