Macarıstanın Aİ-dən xaric edilməsi gündəmdədir.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Brüsseldə Viktor Orbanın növbəti dəfə qələbə qazanacağı təqdirdə atılacaq addımlar üçün müxtəlif ssenarilər hazırlanır.
Məlumatlara görə, Avropa İttifaqı Macarıstanın təşkilatdan xaric edilməsi ehtimalını belə nəzərdən keçirir.
İddia edilir ki, Aİ rəhbərliyi Orbanın siyasətinin birliyin qərarlarına və vahidliyinə vurduğu zərəri minimuma endirmək üçün ciddi tədbirlər görməyə hazırlaşır.
Xuraman Etibarlı
İnterpress.az