RU

Hizbullahın İsrailə hücumu: Yaralılar var – VİDEO

Hizbullahın İsrailin şimalına təşkil etdiyi son hücum nəticəsində aralarında bir uşaq da olmaqla, üç nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, çərşənbə axşamı axşam saatlarında Qərbi Qalileya bölgəsindəki yaşayış məntəqələrindən birinə raket və ya pilotsuz uçuş aparatının düşməsi nəticəsində yaranan partlayış dalğası dinc sakinlərin yaralanmasına səbəb olub.

“Magen David Adom” təcili tibbi yardım xidmətinin yaydığı məlumata görə, hadisə yerinə dərhal həkim briqadaları cəlb edilib.

Xəsarət alanlardan ikisi partlayış dalğasının təsirindən yüngül yaralanıb.

Altıyaşlı uşaq isə sınıq şüşə qırıntıları ilə yaralansa da, onun vəziyyəti xəstəxanaya yerləşdirilməsini tələb etməyib. Bundan əlavə, daha bir nəfər güclü stress və kəskin narahatlıq diaqnozu ilə tibbi yardım üçün müraciət edib. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Sara
NOCOMMENT.az

Избранный
74
25
nocomment.az

10Источники