RU

Müctəba Xameneinin harada olduğunu yalnız bu şəxs bilir

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İranın yeni ali dini lideri Müctəba Xamenei hazırda ölkə ərazisindədir, lakin təhlükəsizlik səbəbi ilə ictimaiyyət qarşısına çıxmır.

Globalinfo.az xəbər verir ki, bu barədə RTVI telekanalına müsahibəsində Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov məlumat verib.

Səfir bildirib ki, İran rəhbərliyi dəfələrlə Xameneinin ölkədə olduğunu təsdiqləsə də, məlum səbəblərdən onun ictimai görünüşlərdən yayınması qərarı qəbul edilib. Dedov əlavə edib ki, hələlik onun yeni ali liderlə şəxsi təması baş tutmayıb.

Diplomat həmçinin qeyd edib ki, son dövrdə Vladimir Putin ilə İran prezidenti Məsud Pezeşkian arasında iki dəfə (6 və 10 mart tarixlərində) telefon danışığı olub. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Əraqçi arasında beş görüş keçirilib.

Martın ortalarında Küveytin Əl-Cəridə qəzeti öz mənbələrinə istinadən yazıb ki, Müctəba Xamenei guya yaralandıqdan sonra müalicə üçün Moskvaya aparılıb. Lakin Kremlin sözçüsü Dmitri Peskov bu iddiaya şərh verməyib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
globalinfo.az

1Источники