RU

İran ABŞ nin bu məşhur şirkətlərinə xəbərdarlıq etdi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İran aprelin 1-i axşamdan etibarən Yaxın Şərqdəki bir neçə Amerika şirkətinin obyektlərinə İrandakı hər bir sui-qəsdə cavab olaraq hücum edəcək.

Bu haqda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“SEPAH 18 Amerika texnologiya şirkətinə, o cümlədən “Microsoft”, “Apple”, “Google”, “Intel” və “Boeing”ə qarşı xəbərdarlıq edərək, onların ABŞ və İsrail tərəfindən həyata keçirilən terror əməliyyatlarına cavab olaraq qanuni hədəf hesab ediləcəyini bildirib”, - deyə məlumatda bildirilir.

İran ordusu Amerikanın İKT və süni intellekt şirkətlərinin sui-qəsdlərin planlaşdırılması və həyata keçirilməsində mərkəzi rol oynadığını vurğulayıb və elan edib ki, İranda hər bir terror aktı üçün bu şirkətlərin müvafiq obyektləri hədəfə alınacaq.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
2
cebheinfo.az

3Источники