RU

Azərbaycanın millisi səfər matçında xal qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Metbuat.az-ın məlumatına görə, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.Meydan sahiblərinin heyətində Georgi Çorbaciyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.Qarşılaşma Plovdiv şəhərində baş tutub.

Qeyd edək ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.

Избранный
24
11
metbuat.az

10Источники