RU

İran geri çəkilmir: sülh üçün qırmızı xətt elan olundu

İran prezidenti Məsud Pezeşkian ölkəsinin mövqeyini açıq şəkildə ortaya qoyaraq, sülh üçün əsas şərtin ABŞ və İsrailin hücumlarının dayandırılması olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, o, Tehranın heç vaxt müharibə axtarmadığını, lakin təcavüz davam etdiyi halda geri çəkilməyəcəyini xüsusi vurğulayıb.

Pezeşkian bildirib ki, İran müəyyən şərtlər daxilində müharibəni bitirməyə hazırdır. Onun sözlərinə görə, əsas məsələ hücumların təkrarlanmayacağına dair real və konkret zəmanətlərin verilməsidir. Bu olmadan hər hansı razılaşmanın mümkün olmayacağı açıq şəkildə ifadə edilib.

İran lideri həmçinin bölgədə vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. O qeyd edib ki, hər hansı bəhanə ilə xarici müdaxilə region üçün çox ağır və nəzarətdən çıxan nəticələrə səbəb ola bilər.

 

Musavat.com

Избранный
94
6
musavat.com

7Источники