RU

Mariya Stadnik Estoniyada 250 güləşçiyə ustad dərsi keçib

Qadın güləşi üzrə U17 milli komandamız Estoniyanın paytaxtı Tallində təlim-məşq toplanışını davam etdirir.

Aprelin 1-dək davam edəcək hazırlıq prosesində 41 ölkədən 250 güləşçi iştirak edir.

Milli komandanın böyük məşqçisi Mariya Stadnik toplanış çərçivəsində bütün yeniyetmə güləşçilər üçün ustad dərsi keçib. O, masterklassda müxtəlif fəndlərin icrasını nümayiş etdirib.

Qeyd edək ki, komandamız Avropa çempionatına hazırlıq çərçivəsində növbəti toplanışı aprelin 6-dan 24-dək Bakıda keçəcək.

İdman.Biz
Избранный
31
10
idman.biz

10Источники