RU

Yağış Xırdalanda ciddi fəsadlara yol açıbVİDEO

Abşeron rayonunun Xırdalan şəhərində intensiv leysan yağışları ciddi fəsadlara yol açıb.

Xezerxeber.az-ın məlumatına görə, bir sıra ərazilərdə subasma halları qeydə alınıb, nəticədə onlarla ailə çətin vəziyyətlə üzləşib.

Məlumata görə, 60-dan çox ailənin yaşadığı çoxmənzilli binanın sakinləri təhlükəsizlik məqsədilə ərazidən təxliyə edilib. Eyni zamanda, yaxınlıqda yerləşən 100-dən artıq fərdi yaşayış evinin həyətləri və zirzəmiləri kanalizasiya suları ilə dolub. Bəzi ərazilərdə suyun səviyyəsi 1 metrə qədər yüksəlib. Bir qisim vətəndaş məcbur qalaraq kirayə mənzillərə köçüb.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində  tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, icra hakimiyyəti nəzdində fövqəladə hallar komissiyası tərəfindən xüsusi qərargah yaradılıb və vəziyyət nəzarətə götürülüb. Rəsmi açıqlamaya əsasən, subasmanın əsas səbəbi ərazidə yerləşən suötürücü nasosxanada baş verən qəza olub. Hazırda nasosxanada təmir-bərpa işləri aparılır. Aidiyyəti qurumların iştirakı ilə qısa müddət ərzində problemin aradan qaldırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
35
xezerxeber.az

1Источники