Bəzi sosial media hesablarında yer alan ABŞ-yə məxsus "B-1B Lancer" bombardmançı təyyarələrinin İncirlik Hava Bazasında eniş və uçuş etməyə davam etdiyi ilə bağlı iddialar dezinformasiyadır.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) məlumat yayıb.
"Paylaşılan görüntü və videolar köhnə olub; planlaşdırılmış rutin təlim fəaliyyətlərinə aiddir. Aktual deyil. Mövcud regional münaqişələrlə də heç bir əlaqəsi yoxdur", - məlumatda bildirilib.
Qeyd olunub ki, köhnə görüntülərin yeni kimi təqdim edilməsi Türkiyənin bölgədəki sülhyönümlü mövqeyini zədələməyə və ölkəni mövcud münaqişələrin bir hissəsi kimi göstərməyə yönələn addımdır:
"Vətəndaşlarımızın, səlahiyyətli rəsmi orqanlar xaricindəki mənbəyi naməlum iddialara və təxribat məqsədi daşıyan manipulyativ məzmunlara etibar etməmələri önəmlə xahiş olunur".
Bazı sosyal medya hesaplarında yer alan "ABD’ye ait B-1B Lancer bombardıman uçaklarının İncirlik Hava Üssü’nde iniş ve kalkış yapmaya devam ettiği" yönündeki iddialar dezenformasyon içermektedir.
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) March 31, 2026
Paylaşılan görsel ve videolar eski olup; planlanmış rutin eğitim faaliyetlerine… pic.twitter.com/HNJrFot1eS