Bakı. Trend:
Fransanın avtomobil istehsalçısı olan “Renault” hərbi və mülkiməqsədlərdən ötrü istifadə üçün nəzərdə tutulan dronla bağlı yenilayihə üzərində işlədiyini açıqlayıb.
Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hazırda inkişaf mərhələsində olan bu prototipiniyun ayında keçiriləcək “Eurosatory” sərgisində təqdim olunacağıehtimal edilir.
Müdafiə sənayesində artan fəallıq fonunda ortaya çıxan butəşəbbüs “John Cockerill” şirkəti ilə əməkdaşlıq çərçivəsindəhəyata keçirilir. Bu şirkət həm də hərbi nəqliyyat vasitələrininistehsalçısı olan “Arquus”un sahibidir.
Şirkətin məlumatına görə, tədqiqat və inkişaf komandalarımüxtəlif variantları, eləcə də yerüstü robotları sınaqdankeçirirlər. Bu texnologiyaların yalnız hərbi deyil, həm də mülkisahələrdə tətbiq potensialının olduğu vurğulanır. Layihə hələlik“eksperimental tədqiqat mərhələsindədir”.