Bakı. Trend:
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcəkeçmişin bir hissəsi deyil, həm də milli yaddaşın ən ağrılısəhifələrindən biridir. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüməhz belə tarixlərdən biridir. Bu gün təkcə qətlə yetirilmişgünahsız insanların xatirəsinə ehtiram günü deyil, həm dəxalqımızın başına gətirilən faciələrin unudulmaması üçün mühüm biryaddaş tarixidir.
Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.
"1918-ci ilin mart hadisələri Azərbaycan tarixində ən qanlısəhifələrdən biri kimi yadda qalıb. Həmin dövrdə regionda baş verənsiyasi qarışıqlıq, hakimiyyət uğrunda mübarizə və milliqarşıdurmalar nəticəsində minlərlə azərbaycanlı yalnız millimənsubiyyətinə görə qətlə yetirildi. Bakı şəhərində, eləcə dəŞamaxı, Quba, Qarabağ, Zəngəzur, Lənkəran və digər bölgələrdə dincəhali amansız şəkildə məhv edildi. Qocalar, qadınlar, uşaqlar – heçkim bu faciədən kənarda qalmadı. Bu hadisələrin məqsədi təkcəinsanları qətlə yetirmək deyildi. Məqsəd azərbaycanlılarınyaşadıqları torpaqlardan silinməsi, onların tarixinin və mədəniirsinin məhv edilməsi idi. Məbədlər, məscidlər, evlər yandırıldı,bütöv kəndlər yer üzündən silindi. Tarixçilərin araşdırmalarınagörə, həmin hadisələr nəticəsində on minlərlə insan həyatınıitirib. Bu rəqəmlər sadəcə statistika deyil – hər biri bir ailəninfaciəsi, bir xalqın ağrısıdır", - o bildirib.
Onun sözlərinə görə, 31 Mart faciəsi uzun illər boyu gizlədildi,onun haqqında açıq şəkildə danışmağa imkan verilmədi.
"Sovet dövründə bu hadisələrə obyektiv siyasi qiymət verilmədi,arxiv materiallarının böyük hissəsi gizli saxlanıldı. LakinAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tarixihəqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm addımlaratıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla31 mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi.Bu qərar tarixə ədalətli qiymət verilməsi baxımından mühüməhəmiyyət daşıyırdı. Bu gün 31 mart yalnız bir xatirə günü deyil,həm də milli birliyin simvoludur. Həmin hadisələr göstərdi ki,xalqımız nə qədər böyük faciələr yaşasa da, öz varlığını qoruyubsaxlaya bilib. Azərbaycan xalqı tarix boyu dəfələrlə sınaqlarlaüzləşsə də, milli kimliyini, dilini və mədəniyyətini itirməyib. Bugün müstəqil Azərbaycan dövlətinin mövcudluğu da məhz budözümlülüyün və güclü milli ruhun nəticəsidir", - o bildirib.
A.Qarayev qeyd edib ki, son illərdə aparılan arxeoloji və tarixiaraşdırmalar da 1918-ci il hadisələrinin miqyasını bir daha sübutedir.
"Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu faciənin nəqədər böyük olduğunu açıq şəkildə göstərdi. Bu tapıntı təkcəAzərbaycanın deyil, bütün dünyanın diqqətini həmin hadisələrəyönəltdi. Bu faktlar bir daha sübut edir ki, 31 Mart faciəsi sadəcəbir şəhərin deyil, bütöv bir xalqın faciəsi idi. Tarix unudulandatəkrar olunur. Məhz buna görə də 31 Mart hadisələri haqqındadanışmaq, onları gənc nəsillərə çatdırmaq son dərəcə vacibdir. Bugün Azərbaycan gəncləri həmin faciənin səbəblərini, nəticələrini vətarixdə qoyduğu izləri bilməlidir. Bu, yalnız keçmişi xatırlamaqüçün deyil, gələcəkdə belə faciələrin təkrar olunmaması üçün dəmühümdür. Eyni zamanda bu gün dünyaya həqiqətləri çatdırmaqbaxımından da böyük əhəmiyyət daşıyır. Uzun illər Azərbaycanxalqına qarşı törədilmiş cinayətlər haqqında beynəlxalq ictimaiyyətkifayət qədər məlumatlı olmayıb. Bu gün isə dövlət səviyyəsindəaparılan siyasət nəticəsində həmin həqiqətlər tədricən dünyayaçatdırılır. Tarixi faktlar, arxiv sənədləri və araşdırmalar birdaha sübut edir ki, 1918-ci il hadisələri planlı şəkildə həyatakeçirilmiş qırğın idi", - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, 31 Mart həm də şəhidlərimizinxatirəsini yad etdiyimiz gündür. Bu gün ölkənin müxtəlifbölgələrində insanlar abidələri ziyarət edir, şəhidlərin ruhunadualar oxuyur, onların xatirəsini ehtiramla yad edirlər. Bu,xalqımızın öz tarixini unutmadığını, keçmişə hörmətlə yanaşdığınıgöstərir. Çünki tarix yalnız keçmiş deyil – o, həm də gələcəyintəməlidir.
"Bu faciə Azərbaycan xalqının yaddaşında dərin iz qoysa da, eynizamanda bizi daha da gücləndirdi. Bu gün müstəqil, güclü və suverenAzərbaycan dövləti məhz bu tarixdən dərs alaraq gələcəyə doğruinamla addımlayır. Tarix boyu başımıza gələn faciələr xalqımızınruhunu sarsıda bilmədi, əksinə, bizi daha da möhkəmləndirdi. 31Mart – Azərbaycanlıların Soyqırımı Günü bizə bir həqiqəti bir dahaxatırladır: tariximizi bilməli, onu qorumalı və gələcək nəsillərəötürməliyik. Çünki öz tarixini unudan xalq gələcəyini qoruyabilməz. Bu gün biz yalnız keçmişi yad etmirik, eyni zamanda millikimliyimizi, birliyimizi və gücümüzü bir daha nümayiş etdiririk. Bugün qətlə yetirilmiş günahsız insanların xatirəsi qarşısında başəyir, onların ruhuna rəhmət diləyirik. Onların xatirəsi xalqımızınyaddaşında daim yaşayacaq. 31 mart faciəsi heç vaxt unudulmayacaqvə bu tarix Azərbaycan xalqının milli yaddaşında əbədi olaraqqalacaq", - politoloq əlavə edib.