
Ötən həftə İtaliya Yaxın Şərqə uçan Amerika hərbi təyyarələrinin Siciliyadakı Sigonella Hava Bazasına eniş etməsinə icazə verməyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi Amerika bombardmançı təyyarələrinin Yaxın Şərqə yola düşməzdən əvvəl Sigonella Hava Bazasına enməsi planlaşdırılırdı. Lakin heç bir icazə tələb olunmayıb və İtaliya hərbi liderləri bu niyyətdən təyyarə havada olarkən xəbər tutublar.