RU

Netanyahudan şok etiraf: “Krallıqlarınız devriləcəkdi”

İsrailin Baş naziri Benyamin Netanyahu ərəb ölkələrinin liderləri ilə İranın bu dövlətlərə qarşı potensial hücum planlarının müzakirə edildiyi gizli danışıqlar apardığını bəyan edib. Hökumətin iclasında çıxış edən Baş nazir bölgədə strateji tarazlığın dəyişdiyini və əvvəllər qeyri-mümkün görünən ittifaqların artıq reallığa çevrildiyini diqqətə çatdırıb. Netanyahunun sözlərinə görə, İsrail hazırda ərəb ölkələri ilə ortaq düşmənə qarşı birgə mübarizəni hədəfləyən yeni koalisiyalar qurur.

NOCOMMENT.az xəbər verir ki, Netanyahu keçmişdə apardığı gizli danışıqlarda ərəb liderlərinə ciddi xəbərdarlıqlar etdiyini bildirib: “Mən onlara deyirdim ki, İran imkan tapan kimi sizi ələ keçirəcək və krallıqlarınızı devirəcək. O zaman onlar bunu tam dərk etmirdilər, lakin bu gün artıq vəziyyəti çox yaxşı anlayırlar”.

İsrail rəhbəri eyni zamanda Avropa liderlərini qətiyyətsizlikdə ittiham edərək qeyd edib ki, avropalı həmkarları şəxsi söhbətlərdə təhlükəni etiraf etsələr də, İrana qarşı addım atmaqdan qorxurlar. İsrailin isə “qorxusuz hərəkət etdiyini” vurğulayan Baş nazir bu cəsarətli mövqeyin Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının təməlini qoyduğunu qeyd edib.

Sara

Избранный
19
nocomment.az

1Источники