JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağrova ilə Simurq – Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, görkəmli ictimai və elm xadimi, kulturoloq-alim Prof. Dr. Fuad Məmmədov arasında işgüzar görüş keçirilib.

Görüş zamanı Arzu Bağrova rəhbərlik etdiyi birliyin yaranma zərurəti, fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və cari il üzrə nəzərdə tutulan təşəbbüslər barədə professora ətraflı məlumat verib. O, xüsusilə vətəndaş cəmiyyəti institutlarının, uyğunprofilli QHT-lərin işbirliyinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, qurjmlararası sinerjinin ictimai inkişaf baxımından önəmini qeyd edib.

Simurq – Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti , professor Fuad Məmmədov isə qeyri-hökumət təşkilatlarının, ümumən vətəndaş cəmiyyəti institutlarının inkişafına dövlət tərəfindən göstərilən sistemli dəstəyi şərh edib. O, müvafiq sahədə həyata keçirilən məqsədyönlü siyasətin strateji önəmini vurğulayaraq, rəhbərlik etdiyi Assosiasiyanın 30 ildən artıq müddətdə reallaşdırdığı yerli və beynəlxalq layihələr barədə məlumat verib.

Professor Məmmədov müasir dönəmin çağırışları fonunda Azərbaycan vətəndaş cəmiyyəti institutlarının qarşısında duran əsas vəzifələrə də toxunub, ictimai təşəbbüslərin daha effektiv koordinasiyası və institusional inkişafın vacibliyini qeyd edib. Eyni zamanda o, “Azərbaycan mədəniyyəti–2040” dövlət proqramının əhəmiyyətini xüsusi vurğulayaraq, bu sənədin yalnız mədəniyyət və incəsənət sahəsi üçün deyil, bütövlükdə cəmiyyətin inkişafı baxımından strateji rol oynadığını diqqətə çatdırıb.

Görüşdə Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, RHİMİB sədr müavini Gülər Bağrova və layihələr üzrə koordinator Nilüfər Lətif Abbasova iştirak edib.

Görüş qarşılıqlı fikir mübadiləsi ortamında keçib, gələcək əməkdaşlıq imkanları və birgə layihələrin gerçəkləşdirilməsi, o cümlədən Fuad Məmmədovun RHİMİB üzvləri üçün kulturologiyadan ustad dərslərinin təşkili məsələləri müzakirə olunub.

Arzu Bağırova və Fuad Məmmədov vətəndaş cəmiyyətinin inkişafına töhfə verəcək təşəbbüslərin genişləndirilməsi yönündə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX