ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya futbolunda uzun müddətdir müzakirə edilən və “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin adını daşıyan yeni ofsayd qaydası rəsmən sınaqdan keçirilməyə başlayır. Aprelin 4-də start götürəcək Kanada Liqasının (CPL) yeni mövsümündə bu inqilabi dəyişiklik tətbiq ediləcək.
İdman.Biz xəbər verir ki, “Venger ofsaydı” hücumçuların xeyrinə olan bir qaydadır. Hazırkı qaydalara görə, hücumçunun bədəninin hər hansı bir hissəsi (qol istisna olmaqla) sonuncu müdafiəçidən öndə olarsa, ofsayd qeydə alınır. Yeni qayda isə bunu tamamilə dəyişir.

Yeni sistemə əsasən, futbolçunun ofsaydda sayılması üçün o, bütün bədəni ilə sonuncu müdafiəçini qabaqlamalıdır. Yəni hücumçunun bədəninin hər hansı bir hissəsi müdafiəçi ilə eyni xəttə olarsa, oyun davam etdiriləcək. Bu, futbolun daha baxımlı olması və vurulan qolların sayının artması məqsədilə irəli sürülüb.
Qeyd edək ki, əgər Kanadadakı sınaqlar uğurlu olarsa, FIFA və IFAB (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) bu qaydanın gələcəkdə bütün dünya üzrə tətbiqini nəzərdən keçirəcək.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.