RU

Konate Real dan təklif gözləyir

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Konate "Real"dan təklif gözləyir

"Liverpul"un müdafiəçisi İbrahima Konate karyerasını İspaniya çempionatında davam etdirə bilər.

QOL.az xəbər verir ki, "Diario AS" nəşrinin məlumatına görə, fransalı futbolçu "Real"a keçməyə maraq göstərir. Oyunçunun Madrid klubundan təklif gözlədiyi və bu səbəbdən bir neçə Avropa təmsilçisinin dəvətini geri çevirdiyi bildirilir. Konate hələlik "Liverpul"la müqavilənin müddətini uzatmaq barədə razılığa gəlməyib.

Qeyd edək ki, İbrahima Konate 2021-ci ildə "Leyptsiq"dən 40 milyon avro qarşılığında "Liverpul"a transfer olunub. Onun "qırmızılar"la hazırkı sözləşməsi 2026-cı il iyununa qədər qüvvədədir. 

Xatırladaq ki, müdafiəçi cari mövsümdə İngiltərə klubunun heyətində bütün turnirlərdə ümumilikdə 41 matça çıxıb və 2 qolla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
qol.az

2Источники