RU

Azərbaycandan Almaniyaya pul köçürmələri artıb

Bakı. Trend:

2025-ci ildə Almaniyadan Azərbaycana fiziki şəxslərin pulköçürmələrinin həcmi 23,927 milyon ABŞ dolları təşkil edib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cüildəki göstərici ilə müqayisədə 204 min ABŞ dolları və ya 0,8%azdır.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pulköçürmələrində Almaniyanın payı 2% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Almaniyaya fiziki şəxslərinpul köçürmələrinin həcmi 24,413 milyon ABŞ dolları olub ki, bu da2024-cü ildəki göstərici ilə müqayisədə 1,1 milyon ABŞ dolları vəya 5% artım deməkdir.

Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrindəAlmaniyanın payı 4,8% təşkil edib.

2024-cü ildə Azərbaycandan Almaniyaya fiziki şəxslərin pulköçürmələrinin həcmi 23,259 milyon ABŞ dolları, əks istiqamətdə isə24,131 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fizikişəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici iləmüqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dollarıtəşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Избранный
52
16
az.trend.az

10Источники