ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Bayram günləri ilə əlaqədar elan olunan qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 31 müraciət daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.
Məlumata görə, müraciət edənlərdən 12-si dərman, biri siçan əleyhinə dərman (rodentisid), biri dəm qazı, ikisi fosfor üzvi birləşmələr, üçü anafilaktik şok, üçü allergik reaksiya, doqquzu isə sirkə turşusundan zəhərlənmə ilə bağlı olub.
"Pasiyentlərə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə açıqlamada qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.