RU

Son görüşlərini belə xatırladı

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Xalq artisti Alim Qasımov mərhum Xalq artisti Rasim Balayevlə son görüşünü xatırlayıb.

Axşam.az xəbər verir ki, "İncə səhər" proqramına danışan xanəndə onu İstanbula müalicəyə getməzdən bir gün əvvəl gördüyünü deyib:

"Getdik görüşdük. Rəngi yaxşı deyildi, amma əhvalı əla idi. Onun üçün mahnı oxudum. Pəncərədən baxdı, günəşli hava idi. Dedi, yenə günəş çıxacaq, yenidən həyata başlayacağam. Həyat eşqi var idi. Hiss edirdi ki, yaşayacaq".

Qeyd edək ki, R.Balayev bir neçə gün əvvəl İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
32
6
axsam.az

7Источники