RU

Xalq artistinin bloqer qızı övladının doğum anını PAYLAŞDI - VİDEO

Azərbaycanın Xalq artisti Mələkxanım Eyubovanın bloqer qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun ailəsində sevindirici hadisə baş verib.

Milli.Az xəbər verir ki, cütlüyün övladı dünyaya gəlib. Məlumata görə, Nəzrin sosial şəbəkədə doğuş prosesindən görüntülər paylaşıb. Videoda onun əməliyyata həyat yoldaşı ilə birlikdə daxil olduğu əks olunub.

Gənc ana paylaşımında körpəsinin dünyaya gəlişindən duyduğu xoşbəxtliyi ifadə edərək, bu anların həyatlarında xüsusi yer tutduğunu bildirib. O, yeni doğulan qızının həyatlarına tamam fərqli bir sevinc qatdığını vurğulayıb.

Mərdan Kazımov da sevincini izləyiciləri ilə bölüşərək, qızı ilə çəkilmiş fotosunu yayımlayıb. O, körpəsinə "Şirin" adını verdiyini açıqlayıb və qızına xoş arzularını dilə gətirib.

Qeyd edək ki, cütlüyün bu xoş xəbəri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən çoxsaylı təbrik mesajları ilə müşayiət olunub.

Hüseyn
Milli.Az

Избранный
2
1
milli.az

2Источники