RU

Ağdamda əmək yarmarkasında dəzgah operatoru üzrə vakansiyalar təqdim ediləcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 31 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “BAFCO INVEST” MMC-nin birgə təşkilatçılığı ilə Ağdamda növbəti əmək yarmarkası keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC- a verilən məlumata görə, aktiv məşğulluq tədbiri aprelin 3-ü saat 11:00-da Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhərindəki inzibati binasında təşkil ediləcək. Yarmarkada dəzgah operatoru üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
25
azertag.az

10Источники