RU

Tatarıstanda zavod partlayıb: ölən və yaralananlar var

Bakı. Trend:

Rusiyanın Tatatıstan Respublikasında neft-kimya zavodununərazisində güclü partlayış baş verib.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Məlumata görə, partlayışdan sonrta müəssissədə yanğın meydanagəlib. Nijnekamsk şəhərinin meri Radmir Belyayev bildirib ki,hazırda yanğın ocağının lokallaşdırılması istiqamətində tədbirlərgörülür.

Hadisə yerinə eyni zamanda 19 təcili tibbi yardım briqadasısəfərbər olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalaraçatdırılır.

Qeyd edilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 50-dənçox insan yaralanıb. Partlayışın səbəbləri barədə hələl ki, rəsmiməlumat yoxdur.

İnsidentin baş verdiyi zavod neft-kimya istehsalçısı olan"SİBUR" şirkətinə məxsusdur. Şirkət sintetik kauçuk və plastikmaterialların istehsalı üzrə ixtisaslaşıb.

"SİBUR" dünyanın aparıcı neft-kimya istehsalçıları sırasında yeralır.

Məqalədə:
Избранный
32
az.trend.az

1Источники