RU

Bakı aeroportu bayram günlərində 200 minə yaxın sərnişinə xidmət göstərib

Martın 20-30-unu əhatə edən bayram dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu ümumilikdə 194 330 sərnişinə xidmət göstərib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq hava limanından bildirilib.

Məlumata görə, bu göstəricinin 96 410-u yola salınan, 97 920-si isə gələn sərnişinlərin payına düşür.

Bayram günlərində müşahidə olunan artan sərnişin axınına baxmayaraq, hava limanı bütün əməliyyatları fasiləsiz və yüksək xidmət keyfiyyəti ilə həyata keçirib.

"Cebheinfo.az"

Избранный
2
4
cebheinfo.az

5Источники