RU

“Odlar Yurdu” boks klubunun üzvlərindən Almaniyada keçirilən regional yarışda uğurlu çıxışlar

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Berlin, 31 mart, AZƏRTAC

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun idmançıları Saksoniya-Anhalt əyalətində keçirilən regional turnirdə uğurla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, yarışda “Odlar Yurdu” klubunun 6 yeniyetmə boksçusu mübarizə aparıb. Klubun yetirmələrindən ikisi gənclərin yarışında, biri isə uşaqların mübarizəsində qızıl medal qazanıb. Bundan başqa, daha iki boksçu da həvəskar döyüş statistikasına qələbələr əlavə edib.

Klubun rəhbəri Azad Əzizov AZƏRTAC-a açıqlamasında “Odlar Yurdu”nun boksçularının inamlı mübarizəsinin tamaşaçıların böyük marağına səbəb olduğunu vurğulayıb. Qeyd edib ki, azarkeşlər idmançılarımızın inamlı və dinamik çıxışlarını böyük həvəslə və maraqla izləyirlər. Bu turnirin mərhələləri müxtəlif şəhərlərdə keçirilsə də, azarkeşlər öz dəstəklərini əsirgəmirlər. Onlar idmançılarımız rinqə çıxan kimi və bütün qarşılaşma boyu boksçularımıza fəal dəstək nümayiş etdirirlər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
12
azertag.az

10Источники