RU

Rəqsanə: Bir dəfə oğurluq etmişəm

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Müğənni Rəqsanə İsmayılova səmimi etirafı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi açıqlamasında uşaqlıq illərinə qayıdaraq maraqlı bir hadisəni bölüşüb. O, bildirib ki, Gəncədə olduqları vaxt bazarda anasından "Çinar" şokoladı almağı israrla istəyib, lakin anasının pulu çatmayıb.

Rəqsanə həmin an duyğularına hakim ola bilmədiyini və şokoladlardan birini gizlicə götürərək pulunu ödəmədən yediyini etiraf edib. O, şokoladı hətta evə aparmadan elə oradaca yediyini də qeyd edib.

Sənətçinin bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi bunu uşaqlıq xətası kimi qarşılayaraq anlayış göstərsə də, digərləri fərqli fikirlər səsləndiriblər.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
10
news.milli.az

10Источники