RU

İngiltərəli müdafiəçi "Mançester Yunayted"lə bağlı qərarını verdi - FOTO

İngiltərə yığmasının müdafiəçisi Harri Maquayr karyerasını "Mançester Yunayted"də davam etdirməyə qərar verib və tezliklə klubla yeni müqavilə imzalayacaq.

Moderator.az xəbər verir ki, yenilənəcək rəsmi sənəd 2027-ci ilə qədər nəzərdə tutulub və gələcəkdə əməkdaşlığı daha bir mövsüm uzatmaq opsiyası da bura daxildir.

Məlumata əsasən, futbolçunun agentləri ilə klub rəhbərliyi arasında aparılan müzakirələr olduqca müsbət axında irəliləyir. Həm oyunçu, həm də klub qısa müddət ərzində ortaq məxrəcə gələrək müqaviləni rəsmiləşdirməyi hədəfləyir.

Xatırladaq ki, cari mövsümdə "qırmızı şeytanlar"ın arxa xətt oyunçusu bütün turnirlər daxil olmaqla 20 matçda yaşıl meydanda mübarizə aparıb, aktivinə bir qol və bir məhsuldar ötürmə yazdırıb. Maquayrın hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

İngiltərəli müdafiəçi Mançester Yunaytedlə bağlı qərarını verdi

Избранный
7
moderator.az

1Источники