RU

“Mart qırğınları etnik təmizləmə siyasətinin tərkib hissəsi olub” - Deputat

"Erməni millətçiləri uzun illər “Böyük Ermənistan” ideyası ilə hərəkət edərək azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. 1905-ci ildən başlayaraq, xüsusilə 1918-ci ildə daha geniş coğrafiyanı əhatə edən kütləvi qırğınlar baş verib, bu hadisələr faktiki olaraq azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti ilə davam edib".

Bunu Missiya.Az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, xüsusilə 1918-ci ilin mart–aprel aylarında baş verən hadisələr daha faciəvi xarakter daşıyıb:

"Həmin dövrdə Bakı Kommunasının mandatını alan daşnak dəstələri qısa müddət ərzində Bakı quberniyasında, eləcə də Şamaxı, Lənkəran, Qarabağ, Zəngəzur, Quba və Xaçmaz bölgələrində böyük faciələr törədib, kütləvi qırğınlar həyata keçiriblər. Bu hadisələr nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, minlərlə insan doğma yurdlarından didərgin düşüb. 1918-ci ilin mart hadisələri yalnız dinc əhaliyə qarşı törədilən qırğınlarla deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin məhv edilməsi ilə də yadda qalıb. İnsanların qətlə yetirilməsi ilə yanaşı, dini və tarixi abidələr də yerlə-yeksan edilib", - deyə bildirib.

Deputat qeyd edib ki, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan və digər bölgələrdə dinc əhali kütləvi şəkildə qətlə yetirilib, eyni zamanda etnik təmizləmə siyasəti həyata keçirilib:

"Həmin dövrdə Bakı Sovetinin 6 min silahlı qüvvəsi və daşnak partiyasının 4 minlik silahlı dəstəsi bu qırğınların törədilməsində bilavasitə iştirak edib. Uzun illər sonra aparılan araşdırmalar nəticəsində bu faciələrin miqyası daha aydın şəkildə üzə çıxıb. Sovet dövründə azərbaycanlılara qarşı törədilən bu qırğınlar demək olar ki, araşdırılmayıb, yalnız xalqın yaddaşında qalaraq nəsildən-nəslə ötürülüb. Nəhayət, 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib",- deyə deputat əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
8
missiya.az

1Источники