RU

Bu yağ həm faydalı, həm də ziyandır

Zeytun yağı faydalı yağ mənbəyi hesab olunur. Lakin mütəxəssislər onun ən faydalı yağ olduğunu deməyin düzgün olmadığını bildirirlər.

BAKU.WS xəbər verir ki, araşdırmalara görə, zeytun yağının əsas faydası ürək və damar sağlamlığı ilə bağlıdır. Gündəlik 20 qramadək istifadə ürək-damar xəstəlikləri riskini azalda bilər. Bu, xüsusilə doymuş yağların zeytun yağı ilə əvəz olunması ilə əlaqələndirilir.

Zeytun yağının tərkibində əsasən olein turşusu adlı doymamış yağ mövcuddur. Bu maddə qanda "pis" xolesterinin azalmasına kömək edir. Eyni zamanda, məhsul antioksidantlarla, xüsusilə polifenollarla zəngindir. Bu maddələr iltihab əleyhinə təsir göstərir və damar sağlamlığını qoruyur.

Bununla belə, zeytun yağı omeqa-3 yağ turşuları baxımından zəifdir. Bu səbəbdən balanslı qidalanma üçün balıq, qoz-fındıq kimi digər mənbələr də rasiona daxil edilməlidir.

Mütəxəssislər bildirir ki, ən keyfiyyətli növ "extra virgin", yəni ilk soyuq sıxım zeytun yağıdır. Onun turşuluq səviyyəsi aşağı olur və faydalı maddələri daha çox saxlayır.

Qeyd edilir ki, zeytun yağı yüksək kalorilidir. 100 qramında təxminən 900 kalori var. Buna görə də normadan artıq istifadə çəki artımına səbəb ola bilər.

Ümumilikdə, zeytun yağı sağlam qidalanmada faydalı məhsul sayılsa da, onun ölçülü şəkildə və digər faydalı yağ mənbələri ilə birlikdə istifadəsi tövsiyə olunur.

Избранный
12
far.az

1Источники