RU

Jony konsertlərini LƏĞV ETDİ

Ajans.az xəbər verir ki, sənətçi Minskdə keçirilən çıxışı zamanı səsini itirib. Həkimlər onun səs tellərində ciddi iltihab olduğunu bildirərək, səsini itirmə riski səbəbilə müğənniyə oxumağı, hətta danışmağı belə qadağan ediblər. “Kometa” mahnısı ilə tanınan ifaçı növbəti iki həftə ərzində planlaşdırılan bütün şəxsi konsertlərini ləğv edib. Bildirilir ki, problem martın 27-də Minskdə baş tutan konsert zamanı daha da kəskinləşib.

Çıxışlar arasında özünü pis hiss edən müğənniyə iltihabı azaltmaq və ağrını yüngülləşdirmək məqsədilə bir neçə dəfə adrenalin inyeksiyası vurulub. Buna baxmayaraq, o, proqramını tamamlayıb, lakin bu, vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.

Избранный
32
Ajans.az

1Источники