RU

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB-1

Bu gün Xocavənd şəhərinə köçürülən ailələrə evlərinin açarları təqdim olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 64 ailə olmaqla 253 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***

13.32

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

APA xəbər verir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib.

Bu gün Xocavənd şəhərinə 64 ailə olmaqla 253 nəfər köçürülüb. Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, şəhidlərə rəhmət diləyib, qazilərə can sağlığı arzulayıblar.

***

12.17

Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.

APA-nın xəbərinə görə, Xocavənd şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailə, 253 nəfər köçürülüb.

Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti Növbəti
Избранный
32
8
apa.az

10Источники