ABŞ İrandakı müharibədən sonra Şimali Atlantika Alyansı ilə münasibətlərini nəzərdən keçirəcək.
Herbiand.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Əl-Cəzirə"yə verdiyi müsahibədə bildirib.
NATO Vaşinqton üçün faydalıdır, çünki o, əsgər və hərbi texnikanı ABŞ-dan kənarda yerləşdirməyə imkan verir. Lakin, əgər alyans ABŞ-ın hücum halında Avropanı müdafiə etməsi ilə məhdudlaşırsa - Vaşinqtona lazım olduqda bazalardan istifadə etməkdən imtina edirsə - bu, yaxşı razılaşma deyil, deyə Rubio bildirib.
O bildirib ki, NATO bir alyans olaraq "tək tərəfli küçə" olmamalıdır. "Ümid edək ki, bunu həll edə bilərik", - deyə dpa xəbər agentliyi bildirib.
ABŞ dövlət katibi NATO müttəfiqlərinin davranışını "çox məyusedici" adalndırıb.