RU

Tramp İranın yeni ali liderinin vəziyyəti ilə bağlı açıqlama verib

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ İranın yeni ali lideri Müctəba Xameneinin sağ olduğuna, lakin ağır yaralandığına inanır.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

“Bilmirik. Düşünürük ki, o sağdır, amma vəziyyəti çox pisdir”, – Tramp deyib.

Qeyd edək ki, martın 12-də The Sun qəzeti Tehrandakı mənbəyə istinadən, Müctəba Xameneinin hava hücumunda ağır yaralandığını və hazırda komada olduğunu bildirib. Qəzetin məlumatına görə, İranın ali lideri bir və ya hər iki ayağını itirib. Onun həmçinin qaraciyəri və mədəsi zədələnib. The Sun qəzeti Müctəba Xameneinin Tehranın tarixi rayonundakı Sina Xəstəxanasının reanimasiya şöbəsində olduğunu dəqiqləşdirib. Nəşrin iddiasına görə, binanın bir hissəsi mühasirəyə alınıb və ciddi şəkildə mühafizə olunub.

İki gün sonra İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneinin ağır yaralanması ilə bağlı xəbərləri təkzib etdi.

Orxan 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
2
icma.az

3Источники