RU

Xocavəndə qayıdan ailələrə mənzillərinin açarları təqdim edilib - YENİLƏNİB-2

Yazını böyüt
Yazını kiçilt

Xocavənd şəhərinə qayıdan ailələrə mənzillərinin açarları təqdim olunub.

Hafta.az xəbər verir ki, bu mərhələdə 64 ailə (253 nəfər) Xocavənd şəhərinə, öz doğma yurdlarına qayıdıb.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, ümumilikdə 201 ailə (762 nəfər) Xocavəndə daimi olaraq köçürülüb. Sakinlər həm çoxmənzilli binalara, həm də bərpa edilən fərdi evlərə yerləşdiriliblər. Mənzillər müasir tələblərə uyğun səviyyədə bərpa olunub.

13:41

Xocavəndə yola salınan növbəti köç karvanı rayon mərkəzinə çatıb.

Hafta.az xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Xocavənd şəhərinə 64 ailənin (253 nəfər) qayıdışı təmin edilib.

12:23

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Hafta.az xəbər verir ki, bu gün Xocavənd şəhərinə növbəti köç karvanı ilə 64 ailə olmaqla, 253 nəfər yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində - əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Избранный
19
1
hafta.az

10Источники