RU

Depressiya bu xəstəliyin riskini 5 dəfə ARTIRIR

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Çinli alimlər depressiyanın demensiyanın müxtəlif formalarının yaranma riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər. Araşdırmanın nəticələrinə görə, depressiyadan əziyyət çəkən şəxslərdə ümumi demensiya riski 2 dəfədən çox yüksəlir, Alzheimer xəstəliyinə tutulma ehtimalı isə 5 dəfə artır.

Redaktor.az xəbər verir ki, bu nəticələr Psychiatry Research jurnalında dərc olunub.

Tədqiqat zamanı Çinın İçan şəhərində aparılmış elektron tibbi məlumatlar təhlil edilib. Ümumilikdə 900 min nəfərdən çox sakini əhatə edən məlumat bazasından 50 yaşdan yuxarı, demensiyası olmayan şəxslər seçilib. Nəticədə depressiya diaqnozu olan 4341 nəfər və oxşar yaş və cins göstəricilərinə malik 43 mindən çox nəzarət qrupu iştirakçısı araşdırmaya daxil edilib.

Orta hesabla 3,6 il davam edən müşahidə dövründə 1493 nəfərdə demensiya aşkarlanıb. Diaqnoz qoyulan şəxslərin orta yaşı 78 olub. Ən yüksək risk isə 60 yaşdan yuxarı və depressiya diaqnozu olan şəxslərdə qeydə alınıb.

Əlavə analiz göstərib ki, Alzheimer xəstəliyinə tutulma riski iki dövrdə kəskin şəkildə artır: depressiya diaqnozundan sonrakı ilk iki il ərzində və 6–8 il sonra. Alimlər bu vəziyyətin müxtəlif mexanizmlərlə izah oluna biləcəyini bildirirlər.

Birinci halda depressiya artıq inkişaf etməkdə olan Alzheimer xəstəliyinin erkən əlaməti kimi çıxış edə bilər. İkinci halda isə uzunmüddətli depressiya xroniki stress və immun sistemində pozuntular vasitəsilə beyin zədələnməsinə səbəb ola bilər.

Sosial demensiya növü olan damar demensiyasında isə belə erkən risk artımı müşahidə olunmayıb. Bu halda xəstəliyin yaranma ehtimalı əsasən bir neçə il davam edən uzunmüddətli depressiya ilə əlaqələndirilir.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
3
redaktor.az

7Источники