
Vaşinqton və Təl-Əviv İrandakı tarixi yerlərin dağıdılmasını dərhal dayandırmalıdırlar.
Missiya.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Ninq Pekində keçirilən brifinqdə danışıb.
"YUNESKO-nun siyahısına daxil olan ərazilər də daxil olmaqla, tarixi yerlərin dağıdılmasından dərin kədər duyuruq. Müharibə edən tərəfləri mümkün qədər tez danışıqlara başlamağa və müharibəyə son qoymağa çağırırıq",-diplomat vurğulayıb.
Onun sözlərinə görə, bu münaqişə heç vaxt baş verməməli idi.
Daha əvvəl XİN-in digər sözçüsü Lin Jian ABŞ -İran müharibəsinin davam etməsinin Yaxın Şərqi xaosa sürükləyəcəyini bildirmişdi.
İlahə Qənbərli
Missiya.Az