RU

Sərnişin daşımalarına buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşdirildi



Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazənin alınması üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsini almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) aşağıdakı sənədləri (skan edərək) və məlumatları da elektron qaydada təqdim edəcək:

  • sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;
  • avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;
  • ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;
  • qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:
    - avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;
    - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;
    - taksi minik avtomobilləri ilə, habelə qeyri-müntəzəm sərnişin daşımalarına sürücülərün buraxılmasına dair təsdiqedici sənədləri.
Избранный
15
15
baki-xeber.com

10Источники