RU

Praqada Rus Evinə edilən hücumun məsuliyyətini əcnəbi şəxs BOYNUNA GÖTÜRDÜ

Praqada Rus Evinə edilən hücumun məsuliyyətini əcnəbi vətəndaş öz üzərinə götürüb.

İnterpress.az xəbər verir ki, bu barədə ČTK informasiya agentliyi polisə istinadən məlumat yayıb.

Praqadakı Rus Evinə hücum edən şəxs öz istəyi ilə polisə təslim olub.

Martın 26-sı gecə saatlarında baş verən hadisə ilə bağlı təfərrüatlar məlum olub.

Məlumata görə, naməlum şəxslər mədəniyyət mərkəzinin binasını “Molotov kokteyli” ilə atəşə tutublar. Hadisə zamanı atılan altı şüşədən üçü partlamayıb.

Rus Evinin nümayəndəsi Qirenko bildirib ki, cinayətkarlar xüsusi olaraq kitabxananın pəncərələrini hədəf alıblar.

O, hücumun təsadüfi olmadığını, martın 27-də Rus mədəniyyəti günlərinin yekun tədbirinin keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Çexiya polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Cinayəti törədən şəxsi üç ilədək həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
25
interpress.az

1Источники