Megaupload fayl paylaşma şəbəkəsinin təsisçisi Kim Dotkom Avropa İttifaqına (Aİ) Rusiyayla münasibətləri yaxşılaşdırmağı və Ukraynaya kredit üçün ayrılan 90 milyard avroya qənaət etməyi tövsiyə edib. Olaylar.az xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb: "Mənim məsləhətim Aİ-yə, Rusiyanın prezidenti Vladimir Putinlə sülh bağlayın və 90 milyard avronu qənaət edin. Sizdə bu qədər vəsait yoxdur".
Qeyd edək ki, 2025-ci ilin dekabrında Aİ sammitində Ukraynaya 90 milyard avro həcmində kredit razılaşdırılmışdı (60 milyard avro hərbi, 30 milyard avro büdcə xərcləri üçün) və bu kredit 2026-2027-ci illərdə istifadə olunmalı idi. Lakin 19 mart 2026-cı ildə Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fiko, Kiyevin Rusiya neftinin tranzitini dayandırmasına cavab olaraq, 90 milyard avroluq "hərbi kreditin" verilməsini və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin təsdiqini bloklayıblar.