RU

Mahinur Özdemir Göktaş: Azərbaycanla himayədar ailə sisteminin tətbiqi prosesində əməkdaşlıq qurulub

BAKI, 31 mart. TELEQRAF

"Azərbaycanla sosial xidmətlər sahəsində əməkdaşlıq 2011-ci ildə imzalanmış Hökumətlərarası Əməkdaşlıq Protokolu və 2022-ci il tarixli Anlaşma Memorandumu əsasında, həmçinin onlara uyğun Fəaliyyət Planları çərçivəsində institusional və davamlı şəkildə həyata keçirilir".

Bunu Teleqraf-a eksklüziv müsahibəsində Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş deyib.

Nazirin sözlərinə görə, qeyd olunan çərçivədə nazirlər səviyyəsində konfrans və görüşlərlə yanaşı, ekspertlər səviyyəsində təlimlər, yerində araşdırmalar və birgə layihələr vasitəsilə, başda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olmaqla müvafiq tərəfdaş qurumlarla çoxşaxəli və səmərəli əməkdaşlıq davam etdirilir.

"Uşaq hüquqları, himayədar ailə və Sosial və İqtisadi Dəstək (SİD) xidmətləri, psixososial dəstək və ailə yönümlü tətbiqlər sahələrində geniş informasiya və təcrübə mübadiləsi həyata keçirilib, Azərbaycanda himayədar ailə sisteminin tətbiqinə başlanması prosesində hər iki ölkənin səlahiyyətli qurumları arasında təsirli və nəticəyönümlü əməkdaşlıq qurulub. Bu əməkdaşlıq Beynəlxalq Ailə Forumu, Türk Dövlətləri Təşkilatının Sosial Siyasət üzrə Nazirlər Toplantısı və BMT çərçivəsində təşkil olunan yan tədbirlər kimi beynəlxalq platformalarda da güclü və görünən şəkildə davam etdirilir", - deyə nazir əlavə edib.

Избранный
33
teleqraf.com

1Источники